“Dedik ki, təslim olmasanız, sizi məhv edəcəyik” — Erməni terrorçularının işində şahidlər danışır

KRİMİNAL 05 iyl 2021, 17:23
Azərbaycanda terror-təxribat törətməkdə ittiham olunan Ermənistan vətəndaşları – Karapetyan Rafik Robertoviç, Qoloyan Qurgen Hovannesoviç, Tadevosyan Hrayr Seryojeviç, Maloyan Vaqarşik Merojanoviç, Yeğiazaryan Sasun Seyranoviç, Vardanyan Arsen Araikoviç, Bahrikyan Vahagen Edikoviç, Soğomonyan Setrak Samveloviç, Dilanyan Armen Vazgenoviç, Martonyan Manuk Hovanesoviç, Ambardanyan Mels Karapetoviç, Mikaelyan Andranik Vazgenoviç və Qriqoryan Feliks Arşakoviçin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az xəbər verir ki, günün ikinci yarısında Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan iclasda bir neçə təqsirləndirilən şəxs ifadə verib.

Daha sonra hakim qeyd edib ki, bütün təqsirləndirilən şəxslərin dindirilməsi başa çatıb. Hakim şahidlərin dindirilməsinin başlanıldığını deyib.

Bundan sonra şahid qismində Azərbaycan Ordusunun iki hərbi qulluqçu ifadə verib. Onlar bildirib ki, ermənilərin Hadrut istiqamətində özlərinə mövqe tutması ilə bağlı onlara məlumat daxil olub: “Dekabrın 12-də Əlican kəndi yaxınlığında bizə həyacan siqnalı verildi. Biz həmin istiqamətdə irəlilədik. Bizə dedilər ki, onlar dağdan aşağı enirlər. Onları mühasirəyə aldıq. Dedik ki, təslim olmasanız, sizi məhv edəcəyik. Onlar təslim olaraq silahlarını təhvil götürdük. Onları bazamıza gətirərək, adiyyatı üzrə təhvil verdik. Bundan sonra daha iki nəfəri zərərsizləşdirirək təhvil verdik”.

Növbəti proses iyulun 12-də davam edəcək. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top