Seysmik stansiyalar quraşdırılır

SƏNAYE VƏ ENERGETİKA 05 iyl 2021, 12:08
Azərbaycanda seysmik stansiyaların quraşdırılması prosesinə start verilib.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzin (RSXM) məlumat yayıb.

Məlumata görə, bu addım Ukrayna Elm və Texnologiya Mərkəzinin dəstəyi ilə həyata keçirilən “Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi” (Seismic Network Expasion in the Caucasus and Central Asia) layihəsi çərçivəsində Azərbaycanda həyata keçirilir.

Bildirilib ki, xidmətin əməkdaşları artıq İsmayıllı, Daşkəsən və Tovuz rayonlarında seysmik stansiyaların seçilmiş yerlərdə quraşdırılması üçün bünövrə işləri görüb:

“Hazırda digər rayonlarda və palçıq vulkanları ətrafında seysmik stansiyaların quraşdırılması istiqamətində işlər davam etdirilir,” məlumatda vurğulanır.

“Qafqazda və Mərkəzi Asiyada seysmik şəbəkənin genişləndirilməsi” (Seismic Network Expasion in the Caucasus and Central Asia) layihəsi çərçivəsində Azərbaycanda 22 seysmik stansiya quraşdırılması nəzərdə tutulur. Bununla da respublika ərazisində fəaliyyət göstərən seysmik stansiyaların sayı 62-dən 84-ə yüksələcək.

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top