Xidmət rəisi: “Qaliblər düşərgəsi”ndə 76 uşaq iştirak edəcək”


SOSİAL 04 iyl 2021, 21:46
“Bu gün Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın övladları üçün “Qaliblər düşərgəsi”si fəaliyyətə başlayır. Düşərgədə Azərbaycanın 25 regionundan 13-14 yaşlı 76 uşaq iştirak edəcək”.

“Report” xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov bildirib.

Onun sözlərinə görə, uşaqlar iki həftə ərzində həm intellektual məşğələlərə cəlb olunacaq, həm idman yarışlarında iştirak edəcək, həm də tanınmış ictimai-siyasi şəxslərlə görüşüb səmimi söhbətlər edəcəklər:

“Azərbaycanın müxtəlif tarixi abidlərinin yerləşdiyi ərazilərə səfərlər ediləcək. Ümumi olaraq məqsəd onların intellektual, emosional inkişafına töhvə və dəstək verməkdir. Düşərgənin əsas təşəbbüskarı və dəstəkçisi xaricdə yaşayan azərbaycanlıların birləşdiyi “For Azerbaijan” Xeyriyyə Təşkilatıdır. Düşərgədə olduqları zaman uşaqların təhlükəsizliyi, sağlamlığı və psixoloji vəziyyəti təlimçilərin nəzarətində olacaq”.


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top