Türkiyədə bir ayda 25 terrorçu məhv edildi

DÜNYA 03 iyl 2021, 18:41
Türkiyə Daxili İşlər Nazirliyinin (DİN) keçirdiyi antiterror əməliyyatları nəticəsində iyun ayında 92 terrorçu zərərsizləşdirilib.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə DİN-in sözçüsü İsmayıl Çataklı bildirib.

Onun sözlərinə görə, 92 terrorçudan 25-i məhv edilib, 46-sı sağ olaraq ələ keçirilib, 21-i isə könüllü şəkildə polisə təslim olub:

“Terrorçu PKK-nın 601, FETÖ-nun 1 709, İŞİD-in 307, sol ideologiyalı terror qruplaşmasının 44 üzvü olmaqla iyunda 2 661 şübhəli tutulub. Onların 401-i barəsində məhkəmə həbs qətimkan tədbiri seçib”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top