Razi Nurullayev: “Elçibəyin ziyarətini şouya çeviriblər...”


GÜNDƏM 30 iyn 2021, 15:42
“Əli Kərimlinin yanında olanda bu cəmiyyətə heç bir fayda verə bilmirdim, 2015-ci ildə AXCP-ni tərk edəndədən sonra partiya da yaratdım, deputat da oldum”. 

Bu ifadə MCP sədri, millət vəkili Razi Nurullayevin Bizim.Media-ya müsahibəsi zamanı söylədiyi fikirlərdə yer alıb.

O bildirib ki, Əli Kərimli tutduğu mövqe ilə nəinki cəmiyyətimizə ziyan vurub, heç özü də bir fayda görməyib. Onun partiyadakı üsuli-idarəsi Elçibəy ideyalarını darmadağın etdi və ona görə də AXCP parçalandı. 

Partiya sədri Azərbaycandakı siyasi sistemlə də bağlı barışmadığı məqamları ortaya qoyub. Azərbaycan məmurlarının yarıtmaz işindən, korrupsiya elementlərindən söhbət açıb. Razi Nurullayev onu da etiraf edib ki, şəxsən bir deputat kimi nə qədər açıq sözlü olsa da “mən özüm də bu zümrə ilə doğru mübarizə apara bilmirəm, çünki bir çox məqamlarda onlardan asılılığımız var”. 

AMEA-nın yarıtmaz bir quruma çevrilməsindən, təhsil sitemindəki çatışmazlıqlardan danışan millət vəkili, media-cəmiyyət münasibətlərinə də toxunub. 

MCP sədri, millət vəkili Razi Nurullayevin bütün fikirləri ilə tanış olmaq üçün Bizim.Media-nın Baş redaktoru Anar Tahirovun təqdimatında həmin müsahibəni təqdim edirik:



Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top