Mərhum meyxanaçı Vüqar Biləcərinin abidəsi ucaldıldı — FOTOLAR

MƏDƏNİYYƏT 29 iyn 2021, 13:03
Mərhum meyxanaçı Vüqar Biləcərinin (Vüqar Paşayev) qəbirüstü abidəsi ucaldılıb.

Demokrat.az xəbər verir ki, söz ustasının məzarı üzərində büstü qoyulub.

Qeyd edək ki, V.Biləcəri 2004-cü ildə “De gəlsin” meyxana yarışmasında iştirakı ilə tanınmışdı. O, yazdığı şeir və qəzəlləri ilə bir çox insanların sevgisini və rəğbətini qazanıb.

V.Biləcəri ötən ilin avqustun 29-da 32 yaşında dünyasını dəyişib. O, Hökməli qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb.(report.az)


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top