Filip Riker: ABŞ Azərbaycan və ona qonşu ölkələrlə dialoqu davam etdirəcək

XARİCİ SİYASƏT 29 iyn 2021, 00:19
“Cənubi Qafqaz bölgəsinə səfərim çox faydalı oldu və son hadisələrdən geri qalmamağa imkan verdi”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker Gürcüstanın xarici işlər naziri David Zalkaliani ilə Romada keçirdiyi görüşdən sonra deyib.

O, regionun ABŞ üçün prioritet olduğunu bildirib: “Biz müntəzəm dialoq və müzakirələri davam etdirəcəyik”.

Qeyd edək ki, ABŞ rəsmisi bu ayın əvvəlində Azərbaycan, Gürcüstan və Ermənistanda səfərdə olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top