Hövsanda dünəndən kəsilən işıq bərpa edilib — YENİLƏNİB

HADİSƏ 27 iyn 2021, 15:54
Mən hər kəsi Suraxanı işıq idarəsinin, Bakı işıq idarəsinin rəhbərləeinin işdən azad edilənə  və əhaliyə vurduqları zərəri tam ödətdirənə qədər  mübarizə etməyə çağırıram .

Demokrat.az-ın xəbərinə görə bu sözləri sosial şəbəkə hesabında Azərbaycanın Milli Kulinariya Mərkəzinin prezidenti, Əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov qeyd edib.

T.Əmiraslanov daha sonra bildirib:

"Dünən axşam saat 9-dan indi caat 10-dur ki, yənı 13 saatdır  Hövsan qəsəbəsinin Kondinsioner bağlarına işıq verilmir.

Heç bir telefona , qəza xidmətinə. və s. zəng etməyin mənası yoxdur.

Soyuduculardakı ərzaqlar məhv oldu, hamama , tualetə motor su vurmur, ağacları sulamaq mümkün deyil, internet, TV işləmır. Kondinsionerlər işləmır. Urək xəstələri , yaşlılar, balacalar lap pis vəziyyətdədirlər.

Bu dəhşət istilərdə əhaliyə cəhənnəm yaradanlar mütləq cəzalanmalıdır.

Milyonlar qazanıb kefdə olanlar yüz bəhanə gətirəcəklər. 

Cəzasızlıq şəraitində xalqı talayan, milləti zəlıl eləyənləri zəlil etmək lazımdır!

1 Vicdanlı hüquqşunaslar bu işi ələ alsınlar
2. Hər bir zərər çəkən səsini qaldırsən yazsın!
3. Bu idarənın rəhbərinin ailəsini , özünü tanıyanlar onlar haqqında yazsınlar ki hər kəs onları görəndə yanlarından salam əvəzinə tüpürüb kecsin
4 bu postu bölüşün və bu məxluqlara qarşı mübarizə metodlarını təklif edin.
5. Tanıyan varsa bu ərazidən seçilmiş deputatı da bu işə qoşun!".

Hadisə ilə bağlı "Azərişıq"dan Manset.az-a bildirilib ki, dünən qeyd olunan ərazidə qəza olub. Qəza xidməti problemi aradan qaldırıb və elektrik enerjisinin verilməsi bərpa edilib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top