AVRO-2020: Bakıya gələcək ilk yığma müəyyənləşir

İDMAN 26 iyn 2021, 08:43
Bu gün futbol üzrə Avropa çempionatına 1/8 final mərhələsinə start veriləcək.

"Report"un məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma baş tutacaq.

Günün ilk matçı Uels və Danimarka yığmaları arasında olacaq. Niderlandın paytaxtı Amsterdamdakı "Yohan Kroyf Arena"da gerçəkləşəcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Oyunu almaniyalı FIFA referisi Daniel Zibert idarə edəcək. Bu cütün qalibi 1/4 final matçını Bakıda oynayacaq. Rəqib isə Niderland - Çexiya duelinin güclüsü olacaq. A qrupunu 2-ci pillədə tamamlayaraq, pley-off-a yüksələn Uels yığması artıq Bakıda 2 oyun keçirib. Bakı Olimpiya Stadionundakı ilk qarşılaşmada İsveçrə ilə 1:1 hesablı heç-heçə edən britaniyalılar ikinci görüşdə Türkiyə millisinə qalib gəlib - 2:0.

Günün son oyununda isə İtaliya və Avstriya yığmaları üz-üzə gələcəklər. İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçın baş hakimi ingiltərəli Entoni Teylor olacaq. Mərhələni keçən kollektiv 1/4 finalda Belçika - Portuqaliya cütünün qalibi ilə qarşılaşacaq.

Avropa çempionatı

1/8 final mərhələsi

20:00. Uels - Danimarka


Baş hakim: Daniel Zibert (Almaniya)

Amsterdam, "Yohan Kroyf Arena"

23:00. İtaliya - Avstriya

Baş hakim: Entoni Teylor

London, "Uembli" stadionu

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top