Ölkədə avtobuslar iki gün işləməyəcək

SOSİAL 26 iyn 2021, 00:28
Bu gündən iyunun 28-i  saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.
 
Demokrat.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti qadağan edilib.
 
Bununla əlaqədar 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.
  
Bakı metrosunda isə bütün iyun ayı ərzində, o cümlədən bu həftəsonu – iyunun 26-ı və 27-də sərnişindaşıma fəaliyyəti davam etdiriləcək.
 
Qeyd edək ki, 26 iyun Silahlı Qüvvələr günü şənbə gününə təsadüf etdiyindən 28 iyun bazar ertəsi günü qeyri-iş günü hesab edilir. Lakin Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, Nazirlər Kabinetinin müvafiq qərarında da göstərildiyi kimi, 28 iyun saat 06:00-dan müntəzəm sərnişindaşımaları adi rejimdə icra ediləcək.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top