Deputat: "Bu, dövlətin hərbi qulluqçulara diqqətinin nümunəsidir"

GÜNDƏM 25 iyn 2021, 17:33
“İşğaldan azad edilən ərazilərdə xidmət edən hərbçilərin əmək haqqı ilə bağlı məsələ onlarda narahatlıq doğururdu. Prezident İlham Əliyevin imzaladığı sərəncamla bu narahatlığa son qoyuldu”.

Bu sözləri Demokrat.az-a Milli Məclisin deputatı Azər Badamov işğaldan azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçuların məvaciblərinə əlavənin edilməsi barədə danışarkən deyib.

O, bu qərarın hərbçilərə diqqətin təzahürü olduğunu qeyd edib:

“Ölkəmiz müharibə şəraitində olduğu dövrdə təmas xəttində xidmət keçən hərbçilərə ikiqat məvacib ödənilirdi. Müharibədən sonra müəyyən müddət bu proses dayandı. İndi isə prezidentin sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə xidmət keçən hərbçilərə də əlavələr veriləcək. Bu, dövlətin hərbi qulluqçulara diqqətinin nümunəsidir. Bu, həmçinin onların sosial vəziyyətinin yaxşılaşmasına xidmət edəcək. Əvvəlki dövrlərdə də oxşar addımlar atılıb, onların sosial rifahının və mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində qərarlar verilib. Bu cür diqqət indiyədək olduğu kimi, gələcəkdə də davam edəcək”.

Aygül Qarayeva
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top