Qardabanidə iki azərbaycanlı yeniyetmə göldə boğularaq öldü

HADİSƏ 24 iyn 2021, 19:33
Gürcüstanın Qardabani rayonunda süni göldə batan digər yeniyetmənin də meyiti tapılıb.

“Report”un yerli bürosu xəbər verir ki, batan şəxslərin hər ikisi Nəzərli kənd sakinidir.

İlkin məlumatlara əsasən, 15 yaşlı yeniyetmə sahilə çıxa bilməyib və 17 yaşlı dostu ona kömək etməyə çalışıb. Nəticədə hər ikisi boğularaq ölüb.


X X X

Gürcüstanda azərbaycanlıların sıx yaşadıqları Qardabani rayonunda 15-17 yaşlarında iki yeniyetmə süni göldə batıb.

“Report”un yerli bürosu xəbər verir ki, dalğıclar onlardan birinin meyitini tapıblar.

Yayılan məlumatlara əsasən, göldə üç yeniyetmə çimib. Onlardan yalnız biri sahilə çıxıb.

Digər yeniyetmənin axtarışları davam etdirilir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top