Mahir Emreli yeni klubunda daha bir qol vurdu

İDMAN 23 iyn 2021, 21:03
Milli komandamızın üzvü Mahir Emrelinin çıxış etdiyi “Legiya” bu gün Avstriya toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.

Demokrat.az xəbər verir ki, Varşava təmsilçisi Rusiya “Krasnodar”ı ilə qarşılaşıb.

Görüş bərabərliklə başa çatıb - 1:1. Mahir Emreli start heyətində meydana çıxdığı  oyunda komandasının yeganə qoluna imza atıb.

O, 39-cu dəqiqədə fərqlənib və 70-ci dəqiqədə əvəzlənib. 

Qeyd edək ki, Mahir daha əvvəl “Legiya”nın “Bişofshofen”lə yoxlama oyununda iştirak etmiş və het-trikə imza atmışdı. O, 5:0 hesablı qələbəyə sevindikləri həmin görüşdə 60 dəqiqə meydanda olmuşdu.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top