Azərbaycanda hamının tanıdığı “Sadəcə Mariya” — 59 yaşlı Viktoriya Ruffonun serial kimi həyatı (FOTOLAR)

ŞOU-BİZNES 23 iyn 2021, 14:08
90-cı illərdə tamaşaçılar həyəcanla “Sadəcə Mariya” serialının personajlarının məhəbbət və iztirab səhnələrini seyr edirdilər. Mariya Lopes, Xuan Karlos, Xose İqnasio…bu qəhrəmanlar faktik olaraq xalq kumirlərinə çevrilmişdi.

Üstündən 30 il ötəndən sonra serialın əsas qəhrəmanı –aktrisa Viktoriya Ruffo indi necə görünür?



1962-ci ildə Meksikada anadan olan Viktoriya Ruffonun  yaradıcılıq yolu 1980-ci ildə başlayıb. İlk işi o qədər də tanınmayan serial sayılan “Bir həkimin problemləri” serialında olub. Onun həyatını dəyişdirirən isə “Sadəcə Mariya” teleserialı olub. Bu serial dünyanın bir çox ölkələrində sevildi. Keçmiş SSRİ məkanında, o cümlədən Azərbaycanda film çox məşhur idi.

Serial yayımlanarkən küçələr boşalırdı, adamlar ekranın qabağına keçməyə tələsirdilər. Ruffonun şöhrəti təsəvvüredilməz oldu. Onu TV-lərə dəvət etməyə başladılar, qəhrəmanının adını uşaqlara qoydular, Belarusda isə “Sadəcə Mariya” adlı alma sortu yaratdılar.

Serialın efirə çıxmasından 30 il ötüb. Bu illər ərzində Viktoriya Ruffonun zahiri görkəmi çox da dəyişməyib.

Plastik əməliyyatın tərəfdarı olmayan Ruffo təbii gözəlliyə üstünlük verir. Hər hansı pəhriz saxlamayan Ruffonun bir pis vərdişi siqareti tərgidə bilməməsidir.



Ruffo yenə teatr və kino üçün tələb olunan aktrisadır.

Şəxsi həyatı da uğurlu olub. 12 ildir ailə həyatı qurub. Həyat yoldaşı yüksək vəzifəli meksika siyasətçisi Omar Fayaddır. Onların toyunda şahid digər serial ulduzu və Ruffonun yaxın rəfiqəsi Veronika Kastro olub.

Ruffo 42 yaşında əkiz dünyaya gətirib. Anuar və qızı Viktoriyaya hamilə qalmaq üçün Ruffo xeyli səy göstərməli olub.

Mexikonun mərkəzində böyük ev, cah-cəllalı mənzil, xidmətçilər və zirehli CİP –Bu gün Ruffo ulduz həyatı üçün vacib olan bütün atributlarla əhatə olunub.

Ruffo deyir ki, onun üçün bütün bunlardan əsas olan ailədir.(azpost.info)






Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top