Rusiyanın daha bir şəhərindən Bakıya uçuşlar həyata keçiriləcək

TURİZM 22 iyn 2021, 23:21
Rusiyanın "S7 Airlines" aviaşirkəti 3 iyul 2021-ci il tarixindən etibarən Vladikavkazdan Azərbaycanın paytaxtına uçuş proqramına başlayacaq.

Demokrat.az-ın hava limanının mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Rusiyanın "S7 Airlines" aviaşirkəti 3 iyul 2021-ci il tarixindən etibarən Vladikavkaz-Bakı uçuş proqramına başlayacaq.

Bakıya uçuşlar həftədə bir dəfə şənbə günləri həyata keçiriləcək. Vladikavkazdan uçuş saat 18:00-da, Azərbaycana yerli vaxtla saat 20:15-də eniş olacaq. Geriyə uçuş Bakıdan saat 16:00-da həyata keçiriləcək və 16:25-də təyyarə Rusiyada Şimali Osetiyaya çatacaq.

Marşrut işgüzar və ekonom sinif kabinləri ilə təchiz olunmuş rahat Boeing 737-800 təyyarələrlə təmin ediləcəkdir.

Uçuşlar aviaşirkət tərəfindən oktyabr ayının sonuna qədər planlaşdırılıb. Biletlər artıq satışdadır, aviaşirkətin rəsmi saytından və bütün kassalardan əldə edə bilərsiniz.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top