Hakan Çalhanoğlunun “İnter”ə keçidi rəsmiləşdi

İDMAN 22 iyn 2021, 21:24
Türkiyə millisinin futbolçusu Hakan Çalhanoğlunun “İnter”ə keçidi rəsmiləşib.

Apasport.az saytının məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi A seriyasının qalibi ilə 3 illik müqavilə imzalayıb.

Çalhanoğlu “Neradzurra”ya azad agent kimi keçib.

Qeyd edək ki, 2017-ci ildən “İnter”in əzəli rəqibi “Milan”ın şərəfini qoruyan yarımmüdafiəçi son mövsümdə 43 oyuna çıxıb və 9 qola imza atıb.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 apr 2024, 22:46
Top