Bakıda keçiddən keçməyən piyadanı maşın vurub öldürdü — ŞOK VİDEO


HADİSƏ 22 iyn 2021, 15:40
Bakıda piyadanın avtomobil tərəfindən vurulma anı anbaan kameraya düşüb. 

Demokrat.az xəbər verir ki, iyunun 20-i paytaxtın Ziya Bünyadov prospektində yolu digər tərəfə keçmək istəyən yaşlı kişini avtomobil vuraraq havaya uçurub. Yerə zərbə ilə çırpılan piyada yerindəcə dünyasını dəyişib. Yaxınlıqda keçid olmasına baxmayaraq həmin piyada təəssüf ki, yolu qadağan olunmuş hissədən keçib. Hərəkət sürəti 90 km/saat olduğu üçün isə sürücü qəzadan yayına bilməyib.

Qeyd edək ki, bu prospektdə piyadaların ölümü ilə nəticələnən yol nəqliyyat hadisələri tez-tez baş verir. Səbəb isə piyadaların intizamsızlığı və yolda hərəkət sürətinin yüksək olmasıdır.(avtosfer.az)



 


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top