Putin: "Gərginliklər artır və yeni silahlanma yarışının riskləri reallığa çevrilir"

DÜNYA 22 iyn 2021, 13:52
“İndi Avropanın təhlükəsizlik sistemi xeyli dərəcədə zəifləyib”.

Bu, Rusiya Prezidenti Vladimir Putinin İkinci Dünya müharibəsinin başlamasının 80-ci ildönümü ilə bağlı Almaniyanın “Die Zeit” qəzetində çap olunan “Keçmişə baxmayaraq, açıq olmaq” başlıqlı məqaləsində yer alıb.

“Gərginliklər artır və yeni silahlanma yarışının riskləri reallığa çevrilir. Pandemiya və onun ağır sosial-iqtisadi nəticələri kimi ümumi problemlərlə qarşılaşdığımız zamanda əməkdaşlığın yaratdığı böyük fürsətləri əldən veririk. Niyə bu baş verir? Ən əsası, biz birlikdə hansı nəticələri çıxarmalıyıq? Tarixin hansı dərslərini xatırlamalıyıq? Düşünürəm ki, hər şeydən əvvəl Böyük Avropanın müharibədən sonrakı tarixi ortaq qitəmizin rifahının və təhlükəsizliyinin yalnız Rusiya da daxil olmaqla, bütün ölkələrin birgə səyləri ilə mümkün olduğunu təsdiqləyir. Çünki Rusiya Avropanın ən böyük ölkələrindən biridir və biz Avropa ilə ayrılmaz mədəni və tarixi bağlılığımızın fərqindəyik”, - deyə Rusiya Prezidenti bildirib.

V. Putin Rusiyanın dürüst və konstruktiv qarşılıqlı fəaliyyətə açıq olduğunu bildirib. O, bunun Rusiyanın təklif etdiyi Atlantikdən Sakit Okeana qədər Avropa İttifaqı və Avrasiya İqtisadi Birliyi də daxil olmaqla, müxtəlif inteqrasiya formatlarını əhatə edəcək ortaq bir əməkdaşlıq və təhlükəsizlik məkanı yaratmaq fikri ilə təsdiq olunduğunu vurğulayıb: “Bir daha təkrar edirəm ki, Rusiya Avropa ilə hərtərəfli tərəfdaşlığın bərpasına tərəfdardır. Qarşılıqlı maraq doğuran bir çox məsələlər var. Bunlara təhlükəsizlik və strateji sabitlik, səhiyyə və təhsil, rəqəmsallaşma, enerji, mədəniyyət, elm və texnologiya, iqlim və ətraf mühit məsələlərinin həlli daxildir”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top