Bakıda gənc oğlan gözətçi işlədiyi bağ evində sevgilisinə dəhşət yaşatdı — Şok təfərrüat

KRİMİNAL 22 iyn 2021, 11:09
Bakının Xəzər rayonunda 1995-ci il təvəllüdlü Vüqar qısqanclıq zəminində qeyri rəsmi yaşadığı Məlahətə (ad şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Vüqar 20 aprel 2021-ci ildə, saat 07 radələrində gözətçi işlədiyi Şüvəlan qəsəbəsində yerləşən evdə qeyri rəsmi yaşadığı Məlahət ilə aralarında mübahisə baş verib. Vüqar münaqişə zamanı şillə və yumruqla Məlahətin sifət nahiyəsindən vurub, ona xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Vüqarın barəsində Cinayət Məcəlləsinin 128-ci (sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Vüqarın barəsində olan cinayət işi baxılması üçün Xəzər rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Hüseyn Hüseynlinin icraatında araşdırılıb.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüqar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, bildirib ki, təxminən 1 il müddət olar Məlahət ilə qeyri rəsmi münasibətdə yaşayır: “Aprelin 19-da, saat təxminən 23 radələrində Məlahət gözətçi işlədiyim Şüvəlan qəsəbəsində yerləşən evə gəldi. Biz orada bir qədər spirtli içki qəbul etdik. Aprelin 20-də, saat təxminən 07 radələrində yuxudan durduqdan sonra Məlahət heç bir səbəb olmadan ünvanıma nalayiq söyüşlər söyməyə başladı. Mən də bundan əsəbləşərək şillə və yumruqla sifət nahiyəsindən vurdum. Onu döyməyimə səbəb kimi ünvanıma nalayiq söyüşlər söyməyi olub”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Məlahət bildirib ki, Vüqar ilə qeyri rəsmi münasibətdə yaşayır: “Aprelin 19-da, saat təxminən 23 radələrində Vüqarla birgə onun gözətçi işlədiyi Şüvəlan qəsəbəsində yerləşən bağa getdik. Gecə hər ikimiz bir qədər spirtli içki qəbul edərək yatdıq. Aprelin 20-də, saat təxminən 07 radələrində yuxudan duran zaman olduğumuz evdə aramızda qısqanclıq üstündə mübahisə düşdü. Nəticədə Vüqar şillə yumruqla sifət nahiyəmdən vurdu, sol qol nahiyəmi dişləyərək mənə xəsarət yetirdi. Vüqar məni döydü, xəsarət yetirən zaman evdə ikimızdən başqa heç kim olmayıb”.

Məlahət deyib ki, daha sonra döyülməsi barədə polisə müraciət edib.

Məhkəmənin hökmü ilə Vüqarın barəsində ittihamedici hökm çıxarılmayıb. Məhkəmə onun barəsində olan cinayət təqibinə xitam verib.

Buna səbəb onun zərərçəkmiş şəxslə barışması olub.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top