Putin İbrahim Rəisini təbrik etdi


DÜNYA 19 iyn 2021, 17:10
Rusiya Prezidenti Vladimir Putin İranda məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisini prezident seçkilərində qələbə münasibətilə təbrik edib.

“Qafqazinfo” “RİA Novosti”yə isitnadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Tehrandakı səfirliyinin mətbuat attaşesi Maksim Suslov təsdiqləyib. “Təbrik məktubu göndərilməsini təsdiq edirik”, - deyə Suslov qeyd edib.

İranın Moskvadakı səfirliyindən isə bildirilən məlumata görə, Putin Rəisini təbrik edərək, müxtəlif sahələrdə ikitərəfli konstruktiv əməkdaşlığın, habelə beynəlxalq məsələlərdə qarşılıqlı əlaqələrin gələcək inkişafına ümidvar olduğunu və bunun hər iki ölkənin mənafeyinə uyğun gəldiyini bildirib.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 iyl 2021, 19:28
Top