AVRO-2020: Türkiyə Bakıda Uelsə uduzdu — YENİLƏNİB

İDMAN 16 iyn 2021, 21:53
Futbol üzrə Avropa çempionatında II turun oyunları davam edir.

Demokrat.az
-ın xəbərinə görə, A qrupunda Türkiyə yığması Bakıda Uelslə qarşılaşıb.

Aaron Remzinin 42-ci dəqiqədə vurduğu qolla Uels Türkiyə qarşısında 1:0 önə çıxarıb. 60-cı dəqiqədə Mert Zeki Çelik cərimə meydançasında Qaret Beylə kobudluq edib. Lakin zərərçəkən penaltini dəqiq yerinə yetirə bilməyib. 90+5-ci dəqiqədə isə C. Roberts fərqi iki topa çatdıraraq matçda son nöqtəni qoyub.

6 iyun
A qrupu
II tur

20:00. Türkiyə - Uels - 0:2  
Qollar: 
Remzi, 42; 90+5 C. Roberts.
Baş hakim: Artur Manuel Ribeyro Soares Dias (Portuqaliya)
Bakı Olimpiya Stadionu

18:54
AVRO-2020-nin A qrupunun II turunda Bakıda qarşılaşacaq Türkiyə və Uelsin start heyətləri açıqlanıb.


Demokrat.az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlə çıxacaq.

Türkiyə: 23. Uğurcan Çakır, 2. Zeki Çelik, 4. Çağlar Söyüncü, 5. Okay Yokuşlu, 6. Ozan Tufan, 7. Cengiz Ünder, 9. Kenan Karaman, 10. Hakan Çalhanoğlu, 13. Umut Meraş, 17. Burak Yılmaz (k), 22. Kaan Ayhan
Ehtiyat oyunçular: 1. Mert Günok, 12. Altay Bayındır, 3. Merih Demiral, 8. Dorukhan Toköz, 11. yusuf Yazıcı, 14. Taylan Antalyalı, 15. Ozan Kabak, 19. Orkun Kökçü, 21. İrfan Can Kahveci, 24. Kerem Aktürkoğlu, 25. Mert Müldür, 26. Halil Dervişoğlu
Baş məşqçi: Şenol Güneş

Uels: 12. Denni Uord, 4. Ben Devis, 6. Co Rodon, 7. Co Allen, 10. Aaron Remzi, 11. Qaret Byel (K), 13. Kiffer Mur, 14. Konnor Roberts, 16. Co Morrell, 20. Daniel Ceyms, 22. Kris Mefam
Ehtiyat oyunçular: 1. Ueyn Hennessi, 21. Adam Deyvis, 2. Kris Qanter, 3. Neko Uilyams, 5. Tom Lokyer, 8. Harri Uilson, 9. Tayler Roberts, 15. Etan Ampadu, 17. Riys Norrinqton-Deyvis, 18. Conatan Uilyams, 19. Devid Bruks, 23. Dilan Lüitt
Baş məşqçi: Robert Peyc

Matç Bakı Olimpiya Stadionunda saat 20:00-da başlayacaq.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top