Tuba Atav: "Türkiyə Şuşada Baş Konsulluq açacaq"

QARABAĞ 15 iyn 2021, 15:39

Türkiyə Şuşada Baş Konsulluğunu aça bilər.

Demokrat.az xəbər verir ki, bu barədə “Haber Global”ın canlı yayımında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağa səfərini təhlil edən kanalın baş yayım rejissoru Tuba Atav deyib.

O, Ərdoğanın azad edilən ərazilərə səfərini tarixi gün kimi qiymətləndirib:

“Bu böyük tarixi səfərdir. Biz də buna şahidlik edəcəyik”.

Ərdoğanın səfər proqramına da toxunan kanalın əməkdaşı Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın birgə keçirəcəkləri mətbuat konfransına diqqət çəkib.

O, bu konfransda bir sıra məsələlərə aydınlıq gətiriləcəyini istisna etməyib. Xüsusilə, Ərdoğanın NATO sammiti çərçivəsində keçirdiyi görüşlərilə bağlı hər kəsi maraqlandıran məqamlara cavab tapmaq mümkün olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top