Qaxda itkin düşən gəncin meyiti tapıldı


HADİSƏ 12 iyn 2021, 17:49
Qax rayonunda altı gün öncə itkin düşən gəncin meyiti tapılıb.

"Report"un Şimal-qərb bürosunun verdiyi məlumata görə, Qax rayon sakini, 1995-ci il təvəllüdlü Elman Loğman oğlu Hüseynovun meyiti İlisu kəndi ərazisindən keçən Kürmük çayında aşkarlanıb.

Qeyd edək ki, E.Hüseynov sonuncu dəfə altı gün öncə ailə üzvlərinə İlisu kəndindən aralıda, dağlıq ərazidə yerləşən İlisu hamamına getdiyini bildirib. Həmin vaxt isə hava qeyri-sabit keçib və güclü yağış yağıb. Onun çaya düşərək boğulduğu ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

Qaxda itkin düşən gəncin meyiti tapılıb

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top