Qətlə görə həbs edilən şəxs həbsxanada intihar etdi

HADİSƏ 12 iyn 2021, 17:23
Bakıda cəzaçəkmə müəssisəsində intihar hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 33 yaşlı Famil Məmmədov özünü dəmir barmaqlılqardan iplə asıb.

Nəticədə o, yerindəcə dünyasını dəyişib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, F.Məmmədov 2016-cı ildə Gəncə şəhəri, Adilxan Ziyadxanov küçəsi, bina 39, mənzil 70 ünvanında şəhər sakini Səadət Verdiyevanı bıçaqla qətlə yetirmişdi.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top