Müşfiq Ələsgərli: "Medianın İnkişafı Agentliyi bu müsabiqələrlə medianı yeni inkişaf mərhələsinə salacaq"


GÜNDƏM 12 iyn 2021, 15:10
"Uzun müddətdir ki, KİV qurumları üçün müsabiqələr keçirilir. Bu müsabiqələr KİV-in inkişafı, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması və peşəkarlıqlarının artırılması üçün yaxşı vasitədir" 

Bu sözləri Demokrat.az-a açıqlamasında media eksperti Müşfiq Ələsgərli Medianın İnkişafı Agentliyinin keçirdiyi müsabiqələrlə bağlı danışarkən deyib. 

O, bu müsabiqələrin medianın inkişafına töhfə verəcəyini bildirib:

"Medianın İnkişafı Agentliyinin keçirdiyi müsabiqələr isə bir çox cəhətdən fərqlənir. Əsas fərq ondan ibarətdir ki, ənənəvi KİV-lərlə, yəni çap mediası ilə yanaşı onlayn media da bu müsabiqədə iştirak etmək haqqı qazanır. Bu, çox yaxşı haldır. Çünki Azərbaycanda onlayn media yüksək inkişaf yolu keçir. Həmçinin onlar yeganə vasitədirlər ki, Azərbaycandakl hadisələri beynəlxalq aləmə çatdırırlar və bunun üçün ən yaxşı vasitələrdən biridir. Onlayn medianın inkişaf etdirilməsi, institutlaşması üçün bu layihələrin ciddi müsbət təsiri olacaq". 

Ekspert müsabiqələrin yeni standartlara keçid üçün vacib olduğunu da vurğulayıb:

"Layihə ilə bağlı ikinci məsələ odur ki, müsabiqədə müəyyən şərtlər irəli sürülüb. Bu şərtlər elə KİV qurumlarının institutlaşmasına kömək edəcək. Azərbaycanda onlayn media uzun müddətdir olsa da, onun strukturu barədə geniş təcrübə yoxdur, buna görə də, onlayn media qurumlarını hərə öz istədiyi şəkildə strukturlaşdırır. Medianın İnkişafı Agentliyinin tələb etdiyi şərtlərdə standartlar nəzərdə tutulur. Yəni müsabiqəyə qatılmaq istəyən qurumları standartlara uyğunlaşacaqlar. Jurnalistlər üçün elan edilən müsabiqədə də yeni şərtlər var.

Ümumilikdə isə Azərbaycanda KİV-ə maliyyə dəstəyinin ayrılması uzun müddətdir olsa da, bu müsabiqədə şərtlər yenidir. Medianın İnkişafı Agentliyi bu müsabiqələrlə medianı yeni inkişaf mərhələsinə salacaq".

Aygül Qarayeva
Demokrat.az

 


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2021, 20:38
Top