"Elə addımlar atılmalıdır ki, rüşvətin qarşısı alınsın" — Tural Abbaslı yol polisindəki şikayətlərdən DANIŞDI

SOSİAL 11 iyn 2021, 19:01
"Yol polislərinin fəaliyyəti kifayət qədər şikayətlərin olduğu sahədir. Düşünürəm ki, bu sahədə təcili tədbirlər görülməlidir". 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib. 

Yol polisləri ilə bağlı narazılıqlardan danışan partiya sədri, təcili tədbirlərin görülməsinin vacib olduğunu bildirib:

"Elə addımlar atılmalıdır ki, rüşvətin qarşısı alınsın, çünki bu, daha ağır nəticələrə gətirib çıxara bilər. Cərimələrin müəyyən edilməsində, ödənilməsində - ümumiyyətlə, bu kimi proseslərdə insan faktorunun əhəmiyyətini minimuma endirmək lazımdır. Təəssüf ki, hələ bu istiqamətdə addımlar atılmayıb. Daxili İşlər naziri Vilayət Eyvazovun təyinatından sonra müsbət təsirləri hiss elədik və güman edirdik ki, bu sahədə də irəliləyişlər olar. Ümid etmək istəyirəm ki, bu sahə ilə bağlı lazımi addımlar atılacaq. İllərdir eyni insanların rəhbərliyi altında eyni proseslər davam edir. Lakin bu gedişlə sözügedən sahə insanların ən çox narazı olduğu sahə olaraq qalacaq. Bu proses sosial partlayışa qədər gedib çıxa bilər".

Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top