Rayonlara getmək istəyənlərin NƏZƏRİNƏ


SOSİAL 11 iyn 2021, 16:57
Azərbaycanda müntəzəm marşrut xətləri ilə şəhərlərarası və rayonlararası sərnişindaşımalar bütün həftəsonları sərnişinlərin xidmətində olacaq.

Demokrat.az xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova deyib.

Onun sözlərinə görə, bunun üçün sərnişinlərdən bilet alarkən COVID-19 pasportu tələb olunmur: ”Lakin bu, o demək deyil ki, sərnişinlərin ilkin müayinəsi aparılmayacaq. Özündə hər hansı nasazlıq hiss edən sərnişin yaxşı olar ki, bilet almasın. Sərnişinlər biletləri onlayn və ya avtovağzalın kassalarından əldə edə bilərlər”.

DANX-ın rəsmisi həmçinin əlavə edib ki, hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksində kifayət qədər sərnişin axını var və bu axın tam idarə olunur.

“Sərnişinlər istədikləri regionlara normal, müntəzəm marşrut xətləri ilə gedə bilirlər”, - deyə N. Allahyarova əlavə edib.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top