“Qarabağ üzrə üçtərəfli işçi qrupunun yaxın zamanda işini bərpa edəcəyinə ümidvarıq” — Rusiya XİN


QARABAĞ 10 iyn 2021, 21:30
"Rusiya Qarabağla bağlı üçtərəfli işçi qrupunun yaxın zamanlarda işini bərpa edəcəyinə ümid edir".

“Report”un Rusiya bürosunun verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

“Cənubi Qafqazda iqtisadi əlaqələrin bərpası prioritet və ən vacib vəzifədir, regionun bütün ölkələri onun reallaşdırılmasında maraqlıdır. Bu istiqamətdə işlər üçtərəfli işçi qrupu çərçivəsində üç dövlətin baş nazir müavinlərinə həvalə edilib. Mütəxəssislər kommunikasiyanı bərpa etmək üçün lazımi tədbirlərin təhlilini aparıblar ki, bu da yaxın gələcəkdə ortaq infrastruktur layihələrinin mərhələli həyata keçirilməsinə imkan verəcək”, - Rusiya XİN rəsmisi deyib.

“Ümid edirik ki, üçtərəfli işçi qrupu yaxın zamanlarda fəaliyyətini bərpa edəcək. Azərbaycan-Ermənistan sərhədindəki müəyyən ərazilərdə baş verən insidentlər münasibətlərin ümumi fonunun normallaşmasına kömək etmir. Tərəfləri təmkinli olmağa, gərginliyi azaltmağa və təzadları sülh, danışıqlar yolu ilə həll etməyə çağırırıq”, - M.Zaxarova əlavə edib.


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 iyn 2021, 18:28
Top