"Ruslar getsə, Qarabağda ermənilər qalmayacaq" — AÇIQLAMA

QARABAĞ 10 iyn 2021, 21:04
Ermənistanın ilk prezidenti olmuş Levon Ter-Petrosyan hesab edir ki, rus hərbçiləri 5 ildən sonra Dağlıq Qarabağı tərk etmək niyyətində deyillər.

Demokrat.az
erməni mətbuatına istinadən xəbər verir ki, Petrosyan “Rus sülhməramlıları Dağlıq Qarabağı tərk etsələr, orada erməni qalmayacaq”  fikirləri ilə ölkə gündəmini zəbt edib.

Petrosyanın sözlərinə görə, ermənilərin 95 faizi 5 il ərzində rus sülhməramlılarının Qarabağı tərk edəcəyinə əmindir.

Petrosyan Rusiya ilə nəqliyyat dəhlizinin açılmasının vacibliyini vurğulayıb. O bildirib ki, Azərbaycan Naxçıvana, Ermənistan isə Rusiyaya dəhliz girişi əldə etməyə çalışır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top