Həkim sükan arxasında infarkt keçirdi — Maşını hasara çırpıldı

HADİSƏ 10 iyn 2021, 20:12
Samux rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az-ın məlumatına görə, Samux rayon sakini, 1985-ci il təvəllüdlü Abbasov Loğman Əliş oğlu idarə etdiyi "Mercedes" markalı avtomobildə infarkt keçirib. Daha sonra idarəetmədən çıxan avtomobili daş hasara çarpılıb. Nəticədə sürücü dünyasını dəyişib.

İlkin ehtimalara görə, onun ölümü infarktdan olub.

Qeyd edək ki, mərhum Gəncə şəhərində stomatoloq kimi çalışıb.

Faktla bağlı araşdırma aparılır./Report     
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 apr 2024, 09:22
Top