Ətraf mühitin mühafizəsində bələdiyyələrin rolu mövzusunda görüş keçirildi — FOTO

DAXİLİ SİYASƏT 10 iyn 2021, 00:42
Ekologiya və Təbii Sərvətlər Nazirliyi,  Azərbaycan Şəhər və Qəsəbə Bələdiyyələri Milli Assossasiyasının və "Bələdiyyələrin fəaliyyətinin təbliği" İctimai Birliyinin təşkilatçılığı ilə “Ətraf mühitin mühafizəsi sahəsində bələdiyyələrin rolu” mövzusunda Nərimanov Rayon İcra Hakimiyyətində görüş keçirilib.

Demokrat.az xəbər verir ki, görüşdə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Vaqif Cavadov, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assossasiyasının sədri Təmraz Tağıyev, Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assossasiyasının sədri Hümbət Hüseynov və 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xidməti ərazisində olan bələdiyyələrin sədrləri iştirak etmişdir.

Görüşü giriş sözü ilə Azərbaycan Şəhər Bələdiyyələri Milli Assossasiyasının sədri Təmraz Tağıyev açmışdır və bildirmişdir ki, görüşün əsas məqsədi Bələdiyyələrə aid olmayan cərimələrin tətbiqi və digər məsələlərin müzakirəsidir.

İşgüzar görüşdə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Vaqif Cavadov ətraflı çıxış etmiş və bələdiyyə sədrlərini maraqlandıran sualları cavablandırmışdır.
Görüşdə həmçinin Belediyye.info saytının rəhbəri Vüqar Tofiqli, Rəsulzadə Qəsəbə Bələdiyyəsinin sədri Hümbət Hüseynov, Keşlə Bələdiyyəsinin sədri Ələmdar Bafadarov, Səbail Bələdiyyəsinin sədr müavini Səmədağa Aslanov çıxış edərək mövzu ətrafında fikirlərini bildirmiş və Bələdiyyələri narahat edən məsələləri dilə gətirmişlər.
http://eco.gov.az/az/nazirlik/xeber?newsID=12710

No description available.
No description available.
No description available.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top