Sabir Rüstəmxanlı: "Nazirliklərdə bizi heç qəbul etmirlər"

GÜNDƏM 08 iyn 2021, 16:15
“Deputat öz fəaliyyətini fasiləsiz həyata keçirə bilməlidir”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.

Deputat bildirib ki, deputat sorğusunun növü müəyyənləşdirilməlidir: “Nazirliklər gedən məktublara reaksiya verilməsində ciddi problemlər var. Cəmiyyətdə qanunverici orqanın nüfuzunu artırmalıyıq. Millət vəkillərinin heç birinə adi telefon kitabçası verilmir. Nazirlər Kabinetinin, Prezident Administrasiyasının, nazirliklərin telefonları bizdən gizlidir. Deputat ancaq sorğu əsasında sual verə, məsələ qaldıra bilər. Nazirliklərdə bizi heç qəbul etmirlər. Köməkçi telefonu açır, deyir əlaqə saxlayacağıq”.(apa.az)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top