Yol qəzası kəndi qazsız qaldı —VİDEO

HADİSƏ 07 iyn 2021, 23:54
Bu gün axşam saatlarında İmişli rayonunun Mürsəlli kəndi ərazisində “Ford” markalı avtomobil qəza törədib.

Demokrat.az-ın məlumatına görə, bu barədə “Azəriqaz”ın mətbuat katibi Ceyhun Səfərov bildirib.

O, qeyd edib ki, qəza nəticəsində 108 mm diametrində olan yerüstü qaz xətti zədələnib. “Bu səbəbdən kəndə qaz verilişi dayandırılıb. Tezliklə qaz təchizatının bərpası üçün müvafiq tapşırıqlar verilib”, - deyə “Azəriqaz” rəsmisi əlavə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top