Deputat: "Bütün bu hadisələrdə məsuliyyəti erməni hərbçilər daşıyır"

GÜNDƏM 07 iyn 2021, 16:40
"Ermənilər daha çox Azərbaycanla sərhəddə təxribat törədirlər. Onlar müxtəlif yollarla Azərbaycan sərhədini keçmək, ərazimizdə terror xarakterli addımlar atmaq istəyirlər. Bütün bu hadisələrdə məsuliyyəti erməni hərbçilər daşıyır".

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev Ermənistanın təxribat addımları ilə bağlı danışarkən bildirib.

O, bu addımlara qarşı Azərbaycanın bütün təsir mexanizmlərindən istifadə edə biləcəyini qeyd edib:

"Ermənilərin basdırdığı minaların partlaması nəticəsində biz növbəti hərbi cinayətlərin şahidi oluruq. Bunda da bütün məsuliyyəti Ermənistan daşıyır. Bütün bunların fonunda Ermənistanda keçiriləcək növbədənkənar seçkilərdən sonra Zəngəzur dəhlizi ilə bağlı müsbət dəyişikliklər görməsək, Azərbaycan bütün təsir mexanizmlərindən istifadə edəcək. Bu mexanizmlərdən biri də Laçın dəhlizi ilə bağlıdır. Bu ərazi barədə bütün səlahiyyət Azərbaycandadır. Azərbaycan Laçın dəhlizi ilə bağlı istənilən qərarı verə və tam müstəqil şəkildə addım ata bilər. Ermənistanın addımları davam etsə, bu, onlar üçün daha ağır nəticələr gətirə bilər".

Deputat Azərbaycanın təkcə Laçın dəhlizi ilə bağlı deyil, həm də hərbi əməliyyatlarla bağlı qəti qərar verə biləcəyini də vurğulayıb:

"Düşünürəm ki, növbədənkənar parlament seçkilərindən sonra Ermənistan məsələyə artıq daha ciddi yaşanacaq və imzalanan üçtərəfli bəyanatın bütün şərtləri yerinə yetiriləcək. Əks təqdirdə, Azərbaycan nəinki Laçın dəhlizini bağlaya, hətta bütün güc mexanizmlərindən istifadə edə bilər. Zərurət yaranacağı təqdirdə, prezidentin də dediyi kimi, ərazi bütövlüyümüzə hansısa təhdid olarsa, "Dəmir yumruq" da işə düşə bilər".

Aygül Qarayeva
Demokrat.az



 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top