Jurnalistlərin Kəlbəcərdə minaya düşməsiylə bağlı polkovnikdan maraqlı açıqlama: “Onlar bilməliydi ki...“

GÜNDƏM 07 iyn 2021, 14:08
2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli sazişdən sonra da Ermənistan günahsılz insanların qanını axıtmaqda davam edir. Düşmənin işğaldan azad edilmiş ərazilərimizə düzdüyü mina 20 mülki vətəndaşın və 7 hərbçimizin həyatına son qoyub. Erməni terrorunun son qurbanları isə jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovdur. Onlar iyun ayının 4-də Kəlbəcər rayonun Susuzluq kəndində hərbi avtomobillə reportaja gedərkən minaya düşüb. Jurnalistlərin həlak olması təkcə yerli deyil, beynəlxalq mediada da böyük rezonans doğurub.

Məsələni Yenisabah.az-a şərh edən ehtiyatda olan polkovnik Şair Ramaldanov qeyd edib ki, istintaq nəticələri əsasında, həqiqətin nə olduğu bilinəcək:

Jurnalistlərin Kəlbəcərdə minaya düşməsiylə bağlı polkovnikdan maraqlı açıqlama:  “Onlar bilməliydi ki...“

“Hazırda istintaq gedir. Bu hadisə ilə bağlı müxtəlif versiyalar var. Düşünürəm ki, minaya düşən varsa, burada ehtiyatsızlıq müəyyən qədər rol oynayır. çünki ermənilərin hər fürsətdə qanımızı axıtmağa hazır olduğu hamıya məlumdur. Buna görə də ancaq zəmanət verilən yollardan istifadə etmək lazımdır. Əgər video-materiala diqqətlə baxsaq, bəzi yerlərdə yamaqlar görərik. Yamaqların üstündən keçilməsi ehtiyatsızlıqdan xəbər verir. Bu məsələdə sürücü səhlənkarlığı da var. Yəni yamaq varsa və işğaldan azad olunmuş ərazilərdədirsə, oradan keçməməli olduğunu bilməliydi. İnanmıram ki, onlara bu barədə təlimat verilməmiş olsun. Mən hələ bilmirəm ki, onlara həmin ərazidən keçmək üçün kim marşrut verib və ya yol göstərib. Həmçinin onlar müvafiq orqanlarla razılaşıblarmı? Kəlbəcərdə Azərbaycanın komendantlığı yerləşir. Orada vəzifəli şəxslər var ki, onlar yolları yoxlayırlar və təhlükəsiz yerləri müəyyənləşdirib ancaq həmin ərazilərdən gediş-gəlişə icazə verirlər. Bildiyimə görə, bu xidmət yüksək səviyyədə təşkil edilib. Sadəcə ola bilər ki, yaxın yol axtarıb buna riayət etmirlər. Bu da sadəcə bir versiyadır. Onların bu formada getməsini mənə elə gəlir ki, təhlükəsizlik qaydasını pozmaq kimi də qəbul etmək olar”.

Hərbi ekspert işğaldan azad edilən ərazilərə ezam olunan şəxsləri çox diqqətli olmağa çağırıb:

“İlk növbədə orada olan təlimatlara xüsusi diqqət yetirsinlər. Onlar məsləhət və tələbləri yerinə yetirməlidirlər. Həmçinin videoda jurnalistləri heç kimin müşayiət etmədiyi də görünür. Mən bilirəm ki, orada çox yerlərə insanlar lazımi şəxslər müşayiət altında aparılır. Çünki yolları oradakılar tanıyır və haradan getməli olduqlarını bilirlər. Fikrimcə, burada çoxsaylı məsələlər diqqətdən qaçıb, ona görə də bu faciə baş verib”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top