Deputat: “Bu, məqsədli şəkildə törədilmiş təxribatdır”

GÜNDƏM 04 iyul 2025, 17:20
“Rusiya tərəfindən Azərbaycan vətəndaşlarına qarşı məqsədli və planlı kampaniya həyata keçirilir. Uzun illər əvvəl baş vermiş bir cinayət əsasında Azərbaycanlıların günahlandırılması, onlara qarşı zorakılıq və vəhşi davranışlar göstərilməsi təsadüfi deyil”. 

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. 

O bildirib ki, bu, Rusiya dövlət strukturlarının iştirakı ilə təşkil olunmuş məqsədli təxribatdır:

“Azərbaycan Prezidenti təyyarəmiz vurulanda da bu məsələyə sərt münasibət bildirmişdi və Azərbaycan açıq şəkildə göstərdi ki, bu cür halların unudulmasına imkan verməyəcək. 

Təəssüf ki, Moskva susur və bu da bir daha təsdiqləyir ki, hadisələr Rusiya hakimiyyətinin qərarı və göstərişi ilə baş verir. Yəni, bu, məqsədli şəkildə törədilmiş bir təxribatdır. Burada söhbət azərbaycanlılara qarşı yönəlmiş planlı addımlardan gedir. Azərbaycanın mövqeyi qəti və prinsipialdır. 

Prezidentin sərt və aydın mövqeyi göstərir ki, ölkəmiz bu cür ədalətsizliyə və təzyiqlərə qarşı hər zaman adekvat və sərt reaksiya verəcək. Rusiya tərəfi məsuliyyət daşıdığını qəbul etməli, izahat verməli və bu təxribatların təşkilatçıları məsuliyyətə cəlb olunmalıdır”.


Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 iyul 2025, 20:29
04 iyul 2025, 19:36
Top