Formula 1 pilotu Bakıdakı yarışda cəzalandırıldı

İDMAN 06 iyn 2021, 21:43
Formula 1 Azərbaycan Qran-Prisini 16-cı pillədə başa vuran “Williams” komandasının pilotu Nikolas Latifi cəzalandırılıb.
 
Demokrat.az xəbər verir ki, yarışda Maks Ferstappen (“Red Bull Racing Honda”) qəza etdikdən sonra yürüşün direktoru Maykl Masi bütün idmançıların pit-leynə getməsi barədə göstəriş verib. Buna məhəl qoymayan N.Latifi trekdə olub və təxliyə edilən bolidin yanından keçib.

Məsələyə operativ qiymət verən yarışın stüardları pilota yürüşün nəticəsinə görə 10 saniyəlik “stop&go” və 3 cərimə xalı veriblər.

Qeyd edək ki, Nikolas Latifinin super lisenziyasına ilk dəfə cərimə xalı yazılacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top