Daha bir boksçumuz olimpiada vəsiqə qazandı

İDMAN 06 iyn 2021, 17:46
Boks üzrə Azərbaycan milli komandası Tokio-2020 Yay Olimpiya Oyunlarına dördüncü lisenziyanı qazanıb.

Azərbaycan Boks Federasiyasından Demokrat.az-a verilən məlumata görə, yığmamızın heyətində Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq) və Alfonso Dominqesin (81 kq) ardınca Lorenzo Sotomayor bu uğura imza atıb.

Rio-2016-nın gümüş medalçısı Fransanın paytaxtı Parisdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində 1/2 finala yüksəlməklə Tokio-2020-də iştirak hüququna sahib olub. 69 kq çəki dərəcəsində mübarizə aparan boksçu belaruslu Aleksandr Radionov məğlub edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top