Venediktov şəhid jurnalistlərimizə görə başsağlığı verdi

SİYASƏT 06 iyn 2021, 11:55
Rusiyanın “Exo Moskvı” radiostansiyasının baş redaktoru Aleksey Venediktov Kəlbəcərdə tank əleyhinə minaya düşməsi nəticəsində iki jurnalistin şəhid olmasına görə başsağlığı verib.

Demokrat.az xəbər verir ki, məşhur jurnalist başsağlığını “Budem nabludat” proqramında canlı efir zamanı deyib.
 
“İki azərbaycanlı jurnalist Qarabağda minaya düşüb, orada minalanmış ərazilər çoxdur. İki həmkarımız Sirac Abışov və Məhərrəm İbrahimov, jurnalistlər kimi prosesləri işıqlandırmaq üçün nəqliyyat vasitəsində minaya düşərək həyatalrını itiriblər. Mən onların çalışdıqları kollektivlərə, ailələrinə başsağlığı verirəm”, - Venediktov bildirib.
 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:46
Top