Gürcüstan səfirliyi Rusiyada öldürülən soydaşımızla bağlı məlumat yaydı

GÜNDƏM 06 iyn 2021, 09:33

Azərbaycan KİV-lərində mayın 28-də Rusiya Federasiyasının Novosibirsk vilayətində milliyyətçə azərbaycanlı olan 19 yaşlı Vəkil Abdullayevin polis tərəfindən öldürülməsinin faciəli faktı ilə əlaqədar yayılan xəbərlərlə bağlı bildiririk ki, o, Gürcüstan vətəndaşı deyil.

Demokrat.az xəbər verir ki, bu barədə Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyinin Mətbuat Xidmətindən bildirilib.

“O, Rusiya Federasiyası vətəndaşı idi və bu səbəbdən Gürcüstan tərəfinin nə hüquqi cəhətdən, nə də beynəlxalq hüquq normaları əsasında qeyd olunan işə hüquqi mexanizmlərlə müdaxilə etmək üçün hər hansı təsir imkanı var. Gürcüstan səfirliyi faciəvi şəkildə öldürülən azərbaycanlı gəncin ailəsinə və yaxınlarına başsağlığı verir”, - səfirlikdən əlavə edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top