ABŞ sakini peyvənd edilənlər arasında lotereyada 1 milyon dollar uddu

MARAQLI 05 iyn 2021, 22:30
ABŞ-ın Kolorado ştatının sakini Salli Slayqer COVID-19-dan peyvənd edilənlər arasında keçirilən lotereyada 1 milyon dollar udub.

“Report” xəbər verir ki, bu barədə “Associated Press” bildirib.

Qalibin sözlərinə görə, o, uduşun köməyi ilə pensiya yığımlarını artıracaq və övladlarına kömək edəcək. Ştatda beş belə pul mükafatı qazanılacaq.

Lotereyada iştirak üçün heç olmasa bir dəfə peyvənd edilmək və 18-dən yuxarı yaşa malik olmaq lazımdır.

Koloradoda həmçinin 50 min ABŞ dolları üzrə təqaüdlər oynanılacaq. Yarışda peyvənd edilən 12-17 yaş arası 25 şagird təqaüd ala biləcək.

Lotereya vaksinləmənin sürətlənməsi üçün təşkil edilib. Qeyd edilir ki, pul yarışı həmçinin başqa ştatlarda, o cümlədən Ohayoda və Kaliforniyada da keçirilir.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top