Ermənistan Azərbaycana minalanmış ərazilərin xəritəsini təqdim etməlidir — VİDEO

QARABAĞ 04 iyn 2021, 23:46
Bu gün Kəlbəcər rayonunda avtomobilin tank əleyhinə minaya düşərək partlaması nəticəsində ikisi jurnalist olmaqla 3 nəfər həlak olub və bir neçə nəfər yaralanıb.

Həlak olanlar AzərTAC Agentliyinin müxbiri Məhərrəm İbrahimov və AzTV telekanalının operatoru Sirac Abışovdur. AzTV- nin məlumatına görə, jurnalistlər Susuzluq kəndinə gedirmişlər.

Qeyd edək ki, bu, İkinci Qarabağ Müharibəsi dövründə döyüşlərin getdiyi ərazidə jurnalist ölümü ilə bağlı ilk haldır. Rəsmi məlumata görə, mina partlaması zamanı iki jurnalistdən başqa Kəlbəcər Rayon İcra Hakimiyyətinin nümayəndəsi Arif Əliyev də həlak olub.

Turan İnformasiya Agentliyi xidməti borcunu yerinə yetirərkən həlak olanaların doğmalarına və yaxınlarına başsağlığı verir.

Müharibə jurnalisti Seymur Kazımov  Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində hadisə barədə danışıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top