Kəlbəcərdə həlak olmuş media işçilərinə şəhid statusu veriləcək

GÜNDƏM 04 iyn 2021, 15:10
"Həmkarlarımız - AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov (Əlioğlu), AZTV-nin operatoru Sirac Abışov və Susuzluq kəndi üzrə icra nümayəndəsinin müavini Arif Əliyevin Kəlbəcər rayonunda minaya düşərək həlak olması hamımızı sarsıtdı. Bu, Ermənistanın mülki şəxslərə qarşı cinayətlərinin, insanlığa qənim kəsilmiş erməni terrorunun bir davamıdır".

Demokrat.az xəbər verir ki, bunu Əmək və Əhalini Sosial Müdafiəsi nazirliyinin sözçüsü Fazil Talıbov bildirib.

O qeyd edib ki, erməni hərbi təxribatı nəticəsində həlak olmuş mülki şəxslərə də qanunvericiliyə əsasən şəhid statusu verilir:

"Xidməti vəzifələrini yerinə yetirərkən həlak olan Məhərrəm İbrahimov, Sirac Abışov və Arif Əliyevə də şəhid statusu veriləcək.

Hər üç şəhidimizə Allahdan rəhmət, doğmalarına səbr diləyirik!"

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top