Ağdaşda bir ailənin üç üzvünün ölümündə təqsirli bilinən şəxsin istintaqı başa çatdı

KRİMİNAL 03 iyn 2021, 16:00
Ağdaş rayonunda bir ailənin üç üzvünün ölümündə təqsirli bilinən İqbal Sabirlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Demokrat.az xəbər verir ki, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Bilal Məmmədovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, Ağdaş rayonunun Nehrəxəlil kəndində "Mercedes" və "VAZ" markalı minik avtomobillərinin toqquşması zamanı "VAZ-2107"in sürücüsü Teymur Əhmədov, qızı Rahilə Əhmədova və anası Rahilə Əhmədova ölüblər.

Hadisə zamanı habelə Dursun İsmayılova, Xəqan Əlizadə, Təbriz Əhmədov, İqbal Sabirli xəsarət alıblar.

İstintaq araşdırması zamanı “Mercedes” markalı avtomobilin sürücüsü İqbal Sabirli yol-nəqliyyat hadisəsinin törədilməsində günahkar bilinib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top