Uşaqların Beynəlxalq Müdafiəsi Günü şəhid övladları ilə keçirildi — FOTO

SOSİAL 01 iyn 2021, 23:07
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı və dəstəyi, Sabunçu  Gənclər Evinin, “TeasPress” Nəşriyyat evinin və “Benilüks” Azərbaycanlıları Konqresinin tərəfdaşlığı ilə 44 günlük Vətən Müharibəsində torpaqlarımızın azadlığı uğurunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək müqəddəs Şəhidlik zirvəsinə yüksəlmiş Şəhidlərimizin və Vətən müharibəsi əlillərinin övladları ilə milli, vətənpərvər ruhda maarifləndirici söhbətlər edərək onlara mənəvi dəstək olmaq məqsədi ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir keçirildi. 

Tədbirdə Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin idarə heyəti və fəal üzvləri, Milli Məclisin Ailə Qadın Uşaq Problemləri üzrə Komitəsinin sədr müavini Jalə Əliyeva, millət vəkilləri Sevil Mikayılova, Razi Nurullayev, Sabunçu Gənclər Evinin direktoru Samir Mehralıyev, “TeasPress” Nəşriyyat Evinin nümayəndəsi, tanınmış ictimaiyyət nümayəndələri, KİV təmsilçiləri iştirak etdilər. 

Tədbirlə bağlı Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin İcraçı direktoru Zamin Zeynal mətbuata açıqlamasında bildirdi ki, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı bu cür mənəvi dəstək ruhlu tədbiri həyata keçirməkdə əsas məqsəd Dövlət Başçısı, Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Şəhid ailələri və Qazilərin həyat şəraitinin yaxşılaşdırılması və onların  övladlarına diqqət və qayğı yönümündə gördükləri uğurlu işlərə İctimai dəstək olmaqla yanaşı vətəndaş cəmiyyəti töhvəsini verməkdir. 

İcraçı direktor onu da qeyd etdi ki, Vətən Müharibəsi Əlilərinə Kömək İctimai Birliyinin idarə heyəti Prezident cənab İlham Əliyevin İctimai siyasət kurunsunu əsas götürərək gələcəkdə də bu sayaq milli,vətənpərvərlik əzmində fədakarlıqla çalışaraq ictimai-siyasi  yönümdə fəaliyyətlərini davam etdirəcəklər.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.
No description available.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top