“Müharibənin başa çatmasından cəmi 6 ay keçməsinə baxmayaraq, Azərbaycanın yarışlara ev sahibliyi etməsi ölkənin qüdrətini göstərir”

SOSİAL 01 iyun 2021, 20:26
"Azərbaycanda istər “Formula 1”, istərsə də digər beynəlxalq idman yarışlarının təşkili ölkəmizin imicini formalaşdırır. Bunu həm də Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün vasitə kimi düşünmək olar".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev deyib.

Rüfət Quliyev: “Hindistandan deyirlər ki, Qarabağda ev tikmək istəyirəm

Deputat bildirib ki, müharibənin başa çatmasından cəmi 6 ay keçməsinə baxmayaraq, “Formula 1” yarışlarına və futbol üzrə 2021-ci il Avropa Çempionatının 4 oyununa ev sahibliyi etmək Azərbaycanın qüdrətini və iqtisadi gücünü göstərir: "Dövlətin bəlli bir siyasəti var, yəni hər məsələdə iqtisadi qazanc axtarmaq lazım deyil. Nəzərə almaq lazımdır ki, dövlət siyasətində imic məsələsi xüsusi yer tutur. Bir millət vəkili və elmlər doktoru olaraq bu təşəbbüsü dəstəkləyirəm. Hər ölkəyə belə yüksək səviyyəli beynəlxalq yarışlara ev sahibliyi etmək nəsib olmur. Tarixə nəzər salsaq görərik ki, xüsusən “Formula 1” yarışları hər zaman dünyanın ən qabaqcıl ölkələrində təşkil edilib. “Formula 1” yarışları ilə bağlı elə qonaqlarım olub ki, onlar əvvəl heç vaxt Azərbaycanla əyani tanış deyilmişlər. Amma Bakını görəndən sonra qeyd ediblər ki, biz mütləq Azərbaycanı təkcə yarışlara görə yox, turist kimi də ailəvi şəkildə ziyarət edəcəyik. Çünki Bakının sakitliyi, təhlükəsizliyi, gözəlliyi gələnləri hər zaman valeh edir. Beləcə, buradan vətənlərinə qayıdan insanlar Bakıdakı mövcud vəziyyətdən, ölkəmizdə gedən proseslərdən ətraflarındakı insanlara danışırlar. Nəticədə, yarışlara izləyici kimi qatılan, Bakını turist kimi ziyarət edən insanları sayı ilbəil artır".

Rüfət Quliyevin vurğulayıb ki, o, bu cür strateji strateji addımları dəstəkləyir və alqışlayır: "Bundan başqa, belə yarışların təşkili üçün milyonların xərclənməsinə etiraz edənlərə demək istəyirəm ki, bu taktiki yox, strateji siyasətdir. Taktika ilə strategiyanı bir-birindən fərqləndirmək lazımdır. Deməli, bu gün Azərbaycanda hakimiyyət təkcə növbəti 2-3 ili deyil, eləcə də 2030-2040-cı illəri nəzərə alaraq, faydasını daha uzaq gələcəkdə görəcəyimiz layihələr həyata keçirir".
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 iyul 2025, 23:49
Top