Bakıda iki qardaş yol qəzasında ağır yaralandı

HADİSƏ 01 iyn 2021, 00:14
Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Demokrat.az xəbər verir ki, hadisə Türkan qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə ərazisində minik avtomobili “KamAZ” markalı yük avtomobili ilə toqquşub.

Nəticədə minik avtomobilində olan, 1990-cı il təvəllüdlü Ağayev Alim Fəxrəddin oğlu və onun qardaşı 1995-ci il təvəllüdlü Ağayev Məhəmməd Fəxrəddin oğlu xəsarət alıb.

Hər iki yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Alim Ağayevə qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi, Məhəmməd Ağayevə isə sağ dirsəyin sınığı, başın əzilməsi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır/Report.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top