Göndərilən bu mesajları açmayın, əks halda... — XƏBƏRDARLIQ

SOSİAL 31 may 2021, 09:35
"Hazırda kütləvi şəkildə sosial şəbəkə istifadəçilərinin profillərinə şifrə yeniləmə kodları daxil olur".

Demokrat.az xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. "Bu hücumdur və profilləri sındırma cəhdidir. Qətiyyən həmin linkləri və kodları sosial mediada yaxud başqa insanlar ilə paylaşmayın. Həmin mesajları silin, ya da görməzdən gəlin", - deyə mütəxəssis xəbərdarlıq edib.

Qeyd edək ki, oxşar kampaniya hazırda "WhatsApp" mesajlaşma tərbiqində sürətlə yayılır. Sosial media istifadəçilərinə göndərilən linkləri açmamağı və ya paylaşmamağı məsləhət görürük.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top