Politoloq: "Türkiyə və Azərbaycanı Rusiyanın düşməni kimi təqdim etmək cəhdi cinayətdir"

GÜNDƏM 29 may 2021, 14:26
“Türkiyə və Azərbaycanı Rusiyanın düşməni kimi təqdim etmək cəhdi cinayətdir”.

Demokrat.az xəbər verir ki, bu fikirləri politoloq Kamran Rüstəmov bildirib.

Onun sözlərinə görə, Rusiya Belarusdan sonra Ermənistanla üçüncü ittifaqı formalaşdırır.

“Rusiya son 200 ildə Ermənistan dövlətçiliyinin qarantıdır. Amma Rusiyada Vladimir Lepexin kimi bir çox siyasətçi unudur ki, ermənilər azərbaycanlıların dədə-baba torpaqlarına 200 il əvvəl İran və Türkiyədən köçürülüb. Bu mənada Lepexin kimilər bilirmi ki, ermənilər öz dövlətlərini ilk dəfə yalnız 20-ci əsrdə Azərbaycan xalqının tarixi torpaqlarında əldə etdilər.

Ruslar doğrudanmı dərk etmir ki, erməniləri qərbə buraxmamaq üçün gözyaşardıcı şəkildə yalvaran rus “siyasətçi”ləri artıq getmiş qatarın arxasınca qaçmağa çalışırlar?!

Kamran Rüstəmov hesab edir ki, rus siyasətçiləri və şərhçiləri arasında Türkiyə və Azərbaycanı Rusiyanın düşməni kimi təqdim etmək cəhdləri var və bu, səhvdən daha pisdir! “Bu, Rusiya dövlətçiliyinə və rus xalqına qarşı cinayətdir!”.

Qeyd edək ki, İrəvanda “Rusiyanın Strateji Müttəfiqinin Müasir Erməni Cəmiyyətində Təsviri” forumunda çoxsaylı çıxışlar olub. Bunlardan biri də Vladimir Lepexinin bu tədbirdə çıxışında dediyi “Rusiya Ermənistanın sahib olduğu, lakin istifadə etmədiyi nəhəng nadir mənbəyidir. Ən əsası isə Rusiya hərbçiləri Ermənistanın sərhədlərini qoruyur, Artsax və Ermənistan uğrunda döyüşməyə, hətta ölməyə hazırdırlar. Bu göz qabağındadır və hamımız bunu görürük. Bu, siyasi islahatların Ermənistanla Rusiya Federasiyası arasındakı münasibətlərin möhkəmlənməsini nəzərdə tutduğunun ən vacib sübutudur. Bu gün Rusiya ilə Ermənistan arasında yeni bir hərbi ittifaq qurulur. İqtisadiyyatda və həyatın digər sahələrində belə güclü bir ittifaqın qurulması vacibdir. Baxmayaraq ki, cəmiyyətin bir hissəsi Rusiya ilə deyil, Qərb strukturları ilə dost olmağa üstünlük verir. Qərb isə bu dostluğun əvəzini “ödəyir”. Qoy öz işləri olsun. İndi Ermənistanın dövlətçiliyindən danışırıq. Və şəxsən mən Rusiya Federasiyasını bu dövlətçiliyin qarantı, ilk növbədə son 200 ildə olduğu kimi, Ermənistanın Rusiya xalqı və hökumətindəki səmimi dostları kimi görürəm. Bu artıq Artsaxda yaxşı başa düşülür. Ermənistanda da bunu başa düşmək vacibdir”, – deyə Lepexin vurğulayıb.(konkret.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top