İcra Hakimiyyətinin maşını kanala düşdü — xəsarət alan var

HADİSƏ 28 may 2021, 22:09
Qazaxda idarəetmədən çıxan avtomobil qəzaya uğrayıb.

"Report"un məlumatına görə, hadisə rayonun Daş Salahlı kəndində qeydə alınıb.

Qazax Rayon İcra Hakimiyyətinə məxsus “Toyota camry” markalı, 35-AA-005 dövlət seriya nişanlı avtomobil avtomobil su kanalına aşıb. Qəza zamanı sürücü yüngül xəsarət alıb.

Əraziyə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Hadisənin təfərrüatları araşdırılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top